BolgeXeber.Com » Siyasət » Deputatlar bu gün toplaşır

Deputatlar bu gün toplaşır

1-05-2018, 09:36
Oxunub: 2 610 Deputatlar bu gün toplaşırBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Trend-in məlumatına görə, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.