loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Mənzil bazarında durğunluq - satıcılar narazı, alıcılar gözləmə mövqeyində

Mənzil bazarında durğunluq - satıcılar narazı, alıcılar gözləmə mövqeyindəMayın 7-dən etibarən dövlət tərəfindən təqdim olunan güzəştli mənzillər bazara çıxarılacaq

Avqustun 7-nə qədər davam edəcək prosesdə 1810 güzəştli mənzildən 260-ı satılacaq. Buna əsasən bir çoxları mənzil bazarında ciddi dəyişikliyə səbəb olacağını, qiymətlərin bir qədər də aşağı düşəcəyini bildirir. Ümumilikdə isə ekspertlər 2017-ci ilin statistikasına əsasən daşınmaz əmlak bazarında qiymətlərin 3,46 faiz azaldığını qeyd edirlər.

Mənzil bazarında son durumu öyrənmək üçün metronun “Neftçilər” stansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan ofislərə baş çəkdik. Makler Tavad Qəhrəmanovun sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında durğunluq hökm sürür: “Bəzən olur ki, səhərdən axşamadək bir nəfər də gəlmir. İnsanların əksəriyyəti indi internet resuslarına müraciət edir, oradan öz seçiminə uyğun mənzil axtarmağa çalışır. Ümumilikdə isə vəziyyət çox durğundur. Bəlkə də səbəblərdən biri qiymətlərin baha olmasıdır. Hazırda normal şəraitli bir otağın kirayə qiyməti 250 manatdan yuxarıdır. İki otaqlı mənzillərin qiyməti isə 300 manatdan başlayır”.

Makler deyir ki, tələbə və subay şəxslər kirayə tapmaqda çətinlik çəkir: “Mənzil sahibləri çalışır ki, subay olmayan, ailəli şəxslərə kirayə ev versin. Onları da anlamaq olar, çünki hər kəs istəyir ki, evi səliqəli qalsın, bir problem çıxmasın”.

Qəhrəmanovun bildirdiyinə görə, daşınmaz əmlak almaq istəyənlər isə, demək olar ki, yox səviyyəsindədir: “Bizə müraciət daha çox kirayə evlərlə bağlı olur. Xarici turistlər də çox nadir hallarda bizə müraciət edir. Əsasən Novruz bayramında bir qədər iranlı turist gəlir, onlar da 5-10 gün qaldıqdan sonra gedirlər”.

Ariz adlı makler də son vaxtlar mənzil bazarında vəziyyətin ağır olduğunu dedi: “Kirayə axtaranların sayı xeyli azalıb. Daşınmaz əmlak almaq istəyənlər isə tək-tük halda olur. İnsanlar torpaq sahəsi alıb ev tikməkdənsə, daha çox mənzil almağa üstünlük verirlər. Ümidimizi kirayə evlərinə bağlamışıq”.

Maklerin sözlərinə görə, xarici vətəndaşlar kirayə evlərinə daha çox qeydiyyata düşmək üçün müraciət edirlər: “Buna da hər mənzil sahibi razı olmur, sonradan nəsə problem çıxacağından ehtiyat edir. Kirayə qiymətləri 300 manatdan başlayır. Satılan mənzillərin qiymətləri isə yerinə, şəraitinə görə dəyişir”.

Digər maklerlərlə söhbətimizdən belə aydın oldu ki, daha çox şəhərin mərkəzində, o cümlədən Yasamal, Səbayel, Xətai rayonlarında aktivlik var. Kirayə qiymətlərinin isə təxminən may-iyun aylarından sonra ucuzlaşma olacağını vurğuladılar. Səbəb kimi də mövsüm ilə əlaqədar əksər tələbələrin təhsillərini başa vurub rayonlara qayıdacağı qeyd olundu.

Mənzil alqı-satqısına gəldikdə isə, digər maklerlər də qeyd etdi ki, son vaxtlarda insanlar daha çox yeni tikilən mənzillərə üstünlük verir. Səbəb isə təkrar mənzil bazarında qiymətlərin artmasıdır. Xatırladaq ki, hələ bu ilin yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1,2-1,5 faiz nisbəti bahalaşma olmuşdu. Qiymət artımı isə ən çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunurdu.

Mənzil bazarında hazırkı durumu dəyərləndirən ekspert Ramil Osmanovun sözlərinə görə, aktiv mövsüm olmasına baxmayaraq, daşınmaz əmlak bazarında bütün göstəricilər stabildir. Yəni ciddi bir dəyişiklik yoxdur. Hesab edirəm ki, bunun da səbəbi son dövrlərdə müxtəlif üsullarla bazara ötürülmüş məlumatlarla bağlı məsələdir. Yəqin bilirsiniz, geridə qoyduğumuz prezident seçkilərindən əvvəl, xüsusən də ölkənin maliyyə bazarında müəyyən dəyişikliklər olacağı haqda informasiyalar yayılmışdı. Həmin ərəfədə Rusiyada rus rublu kəskin şəkildə ucuzlaşmışdı. Bundan istifadə edən bəziləri primitiv, düzgün olmayan informasiyalar yaydılar. Bununla da potensial alıcı gözləmə mövqeyinə keçdi. Hazırda da bu proses hələlik davam edir, bazarda ciddi aktivlik müşahidə olunmur".

Ekspert kirayə bazarı ilə bağlı durumu da dəyərləndirdi: “Kirayə mənzil bazarına gəldikdə isə, bu dövr adətən kirayə bazarı üçün sabit dövr hesab olunur. Adətən bu dövrdə tələb və təklif barədə ciddi dəyişiklik baş vermədiyi üçün qiymətlər də sabit qalır. Kirayə bazarında bu dövrdə ciddi dəyişiklik o zaman baş verir ki, təklif olunan ərazilər söküntüyə gedir. Bu halda qısa müddətə tələb artır və qiymətlərə təsir edir. Lakin, qeyd etdiyim kimi, hazırda belə bir problem müşahidə olunmur, ona görə də kirayə bazarında sabitlikdir. Hesab edirəm ki, kirayə bazarında aktivlik iyun ayının sonunda baş verəcək”.

Ekspert onu da qeyd etdi ki, güzəştli mənzillərin satışa çıxarılması mənzil bazarında ciddi dəyişikliyə səbəb olmayacaq: “Bazara çıxarılacaq güzəştli mənzillər çox məhdud saydadır, heç 300-ə yaxın deyil. Bu da daşınmaz əmlak bazarında ümumi dövriyyənin cüzi hissəsini təşkil edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, güzəştli mənzillərin 3 il müddətinə alqı-satqısı qadağan olunub. Bu isə onu deməyə əsas verir ki, həm sayın az olması, həm müddətin bu qədər olması güzəştli mənzillərin bazara çıxarılması ciddi dəyişiklik yaratmayacaq”.
“Yeni Müsavat”
Bölmə: Sosial | 01 may 2018 12:11 | Baxış sayı: 136





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: