BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir

Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir

2-05-2018, 16:24
Oxunub: 2 416 Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirHacıqabul rayon İcra Hakimiyyəti başçısının 30 aprel 2018-ci il tarixli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən 02.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan tarixini yazan dahi” adlı Elmi-praktik konfrans keçirildi

Tədbirdə mədəniyyət və təhsil işçiləri, 2 və 7 saylı məktəbin şagirdləri iştirak etdilər. Konfransı giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, geniş məruzə ilə çıxış etdi, həmçini, Ulu öndərin 95-ci ildönümü münasibəti ilə Mərkəz tərəfindən keçiriləcək tədbirlər haqqında məlumat verdi.Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova, Mərkəzin bələdçisi Aytən Mustafazadə və 2 saylı tam orta məktəbin müəllimi Naibə Ələkbərova çıxış etdilər.Tədbirin sonunda “Şəxsiyyət” sənədli filminə tamaşa edildi.
Günün ikinci yarısında Navahı qəsəbə və 9 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində oldular.Mərkəzin bələdçisi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla qonaqları tanış etdi. Sonda “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi.
Bolgexeber.com
Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir
Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir