BolgeXeber.Com » Xəbərlər » Bərdədə "Vətənpərvərlik" mahnı müsabiqəsi keçirilib-FOTO

Bərdədə "Vətənpərvərlik" mahnı müsabiqəsi keçirilib-FOTO

2-05-2018, 19:24
Oxunub: 2 714 Bərdədə "Vətənpərvərlik" mahnı müsabiqəsi keçirilib-FOTOBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı "Vətənpərvərlik" mahnı müsabiqəsi keçirilib

Müsabiqəni giriş sözü ilə regional idarənin məsləhətçisi Validə Nabatova açaraq Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı məlumat verib. Daha sonra Validə Nabatova müsabiqə iştirakçılarını müsabiqənin şərtləri ilə tanış edib.

Müsabiqədə regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan şəhər 1 və 4 nömrəli uşaq incəsənət, şəhər 2 və 3 nömrəli uşaq musiqi məktəbi, Kətəlparaq, Kolayr və Divanlı kənd musiqi məktəbinin şagirdləri iştirak edib.

Müsabiqə 5 münsif heyyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Müsabiqə iştirakçılarından Kətəlparaq kənd uşaq musiqi məktəbinin şagirdi Məmmədli Ramil 1-ci yerə, Kolayr kənd musiqi məktəbinin şagirdi Yaşazadə Rəvan 2-ci yerə, şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Atakişiyev Məhəmməd isə 3-cü yerə layiq görülüb.

Sonda müsabiqə iştirakçıları diplomla təltif olunub.
Bolgexeber.com