BolgeXeber.Com » Xəbərlər » Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl - FOTO

Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl - FOTO

3-05-2018, 16:19
Oxunub: 2 705 Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl - FOTOÖtən həftə Nijni-Novqorodda iki azyaşlı uşağını öldürdüyü üçün həbs olunan 27 yaşlı Yelena Kərimova ilə bağlı maraqlı faktlar ortaya çıxıb

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, 4 yaşlı qızı Xədicə və iki yaşlı oğlu Süleymanı əvvəlcə əlləri ilə boğub, daha sonra izi itirmək üçün yandırdığı iddia edilən qadının azərbaycanlı ilə evli olduğu məlum olub.

Qadın özü uşaqlarını tək böyütməkdən yorulduğu və saxlaya bilmədiyi üçün öldürdüyünü deyir. Ən maraqlısı isə onun sosial şəbəkədəki paylaşımlarında şübhəli, depressiyada olduğunu sübut edəcək əlamətlərin olmamasıdır. Əksinə uşaqlarına olan sevgisini dəfələrlə ifadə edib.
Yelenanın qohumları və yaxınları isə bildirirlər ki, nə isə yanlışlıq baş verir. Yelena uşaqlarını sevən anadır və belə bir dəhşətli qətl törətməsi mümkün deyil. Uşaqların azərbaycanlı ataları ilə bağlı isə heç kim heç nə bilmir. Onlar ərin bütün bunları planlaşdırdığına və uşaqları özü ilə apardığına inanırlar. Bəzi yaxınları isə iddia edirlər ki, bütün bunları Yelena planlaşdırıb. O, uşaqları atalarından xilas etmək üçün gizlədib. Hazırda istintaqçılar ekspertiza keçirdikdən sonra daha dəqiq biləcəklər ki, Yelenanın yandırdığı meyitlər əslində kimə məxsusdur.

"Bəlkə də ataları uşaqlarını Azərbaycana qaçırıb. Biz onları bütün dünyada axtaracağıq. Qoy, Azərbaycanda olsunlar, lakin bilək ki sağ-salamatdırlar" uşaqların nənəsi Natalya Testenkova deyir.

Kərimovanın anası etiraf edir ki, qızı Yelenanı bu nikahdan vaz keçirmək üçün əlindən gələni edib. Lakin o yenə də azərbaycanlı ilə evləndi və bir müddət Moskvada yaşadılar. Bir neçə il sonra isə Yelena ərsiz ikinci uşağa hamilə halda geri qayıdıb.

Yelenanın rəfiqəsinin sözlərinə görə, azərbaycanlı ata hazırda beynəlxalq axtarışdadır. Bir ay əvvəl isə Niji-Novqorodda peyda olub və Yelena ilə uşaqlarına hədə qorxu gəlib.

Qeyd edək ki, Yelena ərindən bu ilin martın 12-də rəsmi olaraq boşanıb.
Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl - FOTO
Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl - FOTO