BolgeXeber.Com » İdman » “Liverpul” “Barselona”nın rekordunu qırdı

“Liverpul” “Barselona”nın rekordunu qırdı

3-05-2018, 16:25
Oxunub: 3 625 “Liverpul” “Barselona”nın rekordunu qırdıÇempionlar Liqasının yarımfinalının cavab oyununda “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb

Qol.az-ın xəbərinə görə, Yuregn Kloppun komandası bir mövsümdə vurulan qol sayında hamını üstələyib.

Sadio Mane və Jorjinyo Veynaldum fərqlənməklə “Liverpul”un bu mövsüm ÇL-də vurduğu qolların sayını 46-a çatdırıb. Bu isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Buna qədər sözügedən rekord "Barselona"ya məxsus idi. Kataloniya təmsilçisi 1999-2000-ci il mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.