BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Qədim diyarım Naxçıvan" adlı tədbir-FOTO

Hacıqabulda “Qədim diyarım Naxçıvan" adlı tədbir-FOTO

4-05-2018, 15:04
Oxunub: 2 876 Hacıqabulda “Qədim diyarım Naxçıvan" adlı tədbir-FOTO04.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mədəniyyət ili çərçivəsində “Qədim diyarım Naxçıvan" adlı tədbir keçirildi. Tədbirdə 8 və 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və mədəniyyət işçiləri iştirak etdilər

Əvvəlcə mərkəzin bələdçisi qonaqları Mərkəzdə açılmış “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” sərgisi ilə tanış etdi. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi.Tədbiri Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Bu ənənəni İslam mədəniyyətinin paytaxtı kimi daha böyük əzmlə davam etdirir.
“Cənnət diyarım Naxçıvan” adlı qısa metrajlı film nümayiş olunduqdan sonra Mərkəzi baş fond mühafizi Bahar Abasova “Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır” və bələdçisi Aytən Mustafazadə “Özəlliklə gözəlliyin vəhtəti” adlı məruzə ilə çıxış etdilər.Tədbirin sonunda Mərkəzin direktoru tədbir iştirakçılarını “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” rəsmi internet səhifəsi imp.nakhchivan.az ilə tanış etdi.
Bolgexeber.com