BolgeXeber.Com » Xəbərlər » Abid Şərifovun ailəsində faciə

Abid Şərifovun ailəsində faciə

4-05-2018, 15:56
Oxunub: 1 858 Abid Şərifovun ailəsində faciəPrezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

A.Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də, saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z.Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər iki sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(BakuPost)