BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovun qardaşı oğlu: - "Onu bağışladım"

Ziya Məmmədovun qardaşı oğlu: - "Onu bağışladım"

4-05-2018, 16:24
Oxunub: 1 752 Ziya Məmmədovun qardaşı oğlu: - "Onu bağışladım"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov çıxış edib.

O, təqsirləndirilən şəxslə barışıq əldə edildiyini deyib: "Ödəniş edib, az miqdar qalıb. Onu da bir ay ərzində ödəyəcək. Rövşəni bağışlayıram, şikayətim yoxdur. Pul bizim üçün ikinci dərəcəlidir, əsas insani keyfiyyətdir. Allah böyükdür, günahlarını bağışlasın".

R.Heybətovun vəkili çıxışını yazılı şəkildə məhkəməyə təqdim edəcəyini deyib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.