BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Bərdədə vətəndaşlarla görüşəcək

Ramil Usubov Bərdədə vətəndaşlarla görüşəcək

5-05-2018, 11:59
Oxunub: 2 076 Ramil Usubov Bərdədə vətəndaşlarla görüşəcək Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə rayonunda vətəndaşlarla görüşəcək.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazir may ayının 26-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini Bərdə rayon Polis Şöbəsində qəbul edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.