BolgeXeber.Com » Xəbərlər » Bakıda oğul anasını küçəyə atıb - 66 yaşlı qadın çöllərdə gecələyir - VİDEO

Bakıda oğul anasını küçəyə atıb - 66 yaşlı qadın çöllərdə gecələyir - VİDEO

7-05-2018, 12:16
Oxunub: 3 888 Bakıda oğul anasını küçəyə atıb - 66 yaşlı qadın çöllərdə gecələyir - VİDEOBakı sakini, 66 yaşlı Səyyarə Cabbarova 2 il 6 aydır paytaxt küçələrində gecələyir

Onun nə getməyə, nə də yaşamağa yeri var.
Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, həyat yoldaşı dünaysını dəyişəndən sonra oğlu Səyyarə xanımın evini sataraq onu küçəyə atıb.
Evsiz-eşiksiz qalan Səyyarə Cabbarova hər gün paytaxtın müxtəlif küçələrində gecələyir. Soyuq asfalt üstündə yatmaqdan, yaşlı qadının səhhətində də ciddi problemlər yaranıb. Çöllərdə qaldığı üçün sənədlərini, pensiya kartını da itirib.
Səyyarə Cabbarovanın oğlu Səmədlə ilə əlaqə saxlamaq istədik. Lakin qadında oğlunun hər hansı kontakı olmadığından cəhdimiz baş tutmadı. Qadının qardaşı oğlu Kamran isə telefonla bizə bildirdi ki, Səməd burda yaşamır, hazırda Rusiyadadır. Qardaşı oğlu bu məsələ ilə bağlı onu narahat etməməyimizi bildirdi.
İndi Səyyarə Cabbarova qocalar evinə və ya sığınacağa yerləşdirilməsini gözləyir