BolgeXeber.Com » Mədəniyyət » “Eurovision”ın finalçıları bəlli oldu – Siyahı

“Eurovision”ın finalçıları bəlli oldu – Siyahı

11-05-2018, 12:47
Oxunub: 4 199 “Eurovision”ın finalçıları bəlli oldu – SiyahıBu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.


Bolgexeber.com xəbər verir ki, Norveç, Rumıniya, San-Marino, Serbiya, Danimarka, Rusiya, Moldova, Niderland, Avstraliya, Gürcüstan, Polşa, Malta, Macarıstan, Latviya, İsveç, Monteneqro, Sloveniya və Ukrayna təmsilçiləri öz performansları ilə final uğrunda mübarizə aparıb. Onlardan Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya, Niderland finala keçə bilib.



Qeyd edək ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda çıxış edib. O, məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəri olan “X my heart” adlı mahnını səsləndirib, lakin finala vəsiqə qazanmayıb.



Müsabiqənin final mərhələsi mayın 12-də baş tutacaq.