BolgeXeber.Com » Xəbərlər » YAP rəsmilərinin toyda maraqlı rəqsi – Video

YAP rəsmilərinin toyda maraqlı rəqsi – Video

11-05-2018, 17:47
Oxunub: 2 058 YAP rəsmilərinin toyda maraqlı rəqsi – VideoYeni Azərbaycan Partiyası (YAP) internat məktəbində böyüyən Fikrət və Aytac adlı cütlüyə toy keçirib.

Bolgexeber.com Musavat.com-a istinadən xəbər verir ki, toyda partiyanın icra katibi Əli Əhmədov başda olmaqla millət vəkilləri – Hadı Rəcəbli, Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Süleymani” havasında rəqs ediblər.

Toyun təşkil olunmasında çalışanlardan biri də YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva olub.

O bildirib ki, bir neçə gün əvvəl cütlüyün xına mərasimi də keçirilib. Mərasimdə Azərbaycanın mötəbər xanımları da iştirak edib.