BolgeXeber.Com » Xəbərlər » Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrıldı

Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrıldı

11-05-2018, 18:50
Oxunub: 2 027 Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrıldıPrezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.