BolgeXeber.Com » İdman » Ronaldu rejissor olacaq

Ronaldu rejissor olacaq

12-05-2018, 10:45
Oxunub: 3 706 Ronaldu rejissor olacaq"Real"ın ulduzu Kriştianu Ronaldu özünü kino sahəsində sınayacaq.

Milli.Az xəbər verir ki, dünyanın ən yaxşı futbolçularından olan Ronaldu futboldan bəhs edən serialın rejissoru olacaq.

Layihənin təşəbbüskarı "Facebook Watch" sosial platformasıdır. Serial Nyu-York şəhərinin ətrafında yerləşən kiçik bir qəsəbədə yaşayan qızlardan ibarət futbol komandasının başına gələn maraqlı hadisələrdən bəhs edəcək.

Layihənin məqsədi isə gənc nəsildə futbola maraq yaratmaq, idmanda irqçiliyin, sosial, etnik mənsubiyyətin rolu olmadığını çatdırmaqdır. (publika.az)