BolgeXeber.Com » Ölkə » İcra başçısı iki müavini işdən çıxardı

İcra başçısı iki müavini işdən çıxardı

12-05-2018, 12:14
Oxunub: 3 348 İcra başçısı iki müavini işdən çıxardıCəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib

İcra başçısı iki müavinini işdən çıxarıb.

Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.

N. Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib.

Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.

Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, Natiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. (modern.az)