BolgeXeber.Com » İdman » “Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq

“Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq

12-05-2018, 12:25
Oxunub: 3 917 “Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaqMarafona 30-dan çox şirkət də qatılacaq


Bu barədə “Report”a layihənin icraçısı olan “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib

O bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.

A.Əhmədovun sözlərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.

Qeyd edək ki, mayın 13-də keçiriləcək “Bakı Marafonu - 2018” saat 10:00-da start götürəcək.

2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib.