BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyində “Bilik yarışması”

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyində “Bilik yarışması”

12-05-2018, 14:51
Oxunub: 3 520 Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyində  “Bilik yarışması” Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyində “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda “Bilik yarışması” təşkil olunub

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutan bilik yarışmasında regional idarənin Tərtər, Bərdə rayon, Mingəçevir və Yevlax şəhər nümayəndəliklərindən mədəniyyət işçiləri iştirak edib.

Bilik yarışmasında Tərtər rayon nümayəndəliyi “Qəhrəman “, Bərdə rayon nümayəndəliyi “Qarabağ”, Yevlax şəhər nümayəndəliyi “Karvan”, Mingəçevir şəhər nümayəndəliyi “Nur” komondası İlə təmsil olunub.

Yarışmadan öncə regional idarənin Tərtər rayon nümayənəliyi üzrə baş məsləhətçisi Ceyhun İsmayılzadə çıxış edərək yarışmanın region üzrə Ümumilli Liderinin anadan olmasının 95-ci illik yubleyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən biri olduğunu bildirib. O tədbirdə iştirak edən komandalar haqqında məlumat verərək yarışma iştirakçılarına uğurlar arzulayıb.

Yarışmanın 1-ci turunda Bərdə rayon nümayəndəliyinin “Qarabağ “komandası ilə Tərtər rayon nümayəndəliyinin “Qəhrəman” komandası yarışıb. Yarışmada Bərdə rayon nümayəndəliyinin “Qarabağ” komandası qalib gəlib.

2-ci turda isə Mingəçevir şəhər nümayəndəliyinin ”Nur” komandası ilə Yevlax şəhər nümayəndəliyinin “Karvan”komandası yarışıb .Yarışmadan “Karvan”komandası qalib olaraq ayrılıb .

3-cü final turda isə Bərdə rayon nümayəndəliyinin “Qarabağ” komandası ilə Yevlax şəhər nümayəndəliyinin “Karvan”komandası qarşılaşıb .Yarışmada daha fəal və hazır cavab olan “Karvan” komandası qalib gələrək finalda 1-ci yeri qazanıb. Yarışmanın müsiflər heyyətinin yekdil qərarına əsasən əsas mükafat ”Heydər Əliyev” kuboku və Fəxri-fərman Yevlax şəhər nümayəndəliyinin “Karvan”komandasına təqdim olunub.

Yarışmada iştirak edən Bərdə Mingəçevir və Tərtər komandalarına isə sertfikatlar təqdim edilib.

Yarışmada turlar arasında Tərtər rayon Mədəniyyət Mərkəzinin və Musiqi məktəbinin kolektivinin hazırladığı musiqi proqramı təqdim olunub.
Bolgexeber.com