BolgeXeber.Com » İdman » "Barselona"nın La Liqada 36 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu - VİDEO

"Barselona"nın La Liqada 36 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu - VİDEO

14-05-2018, 09:55
Oxunub: 3 881 "Barselona"nın La Liqada 36 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu - VİDEOİspaniya La Liqasını 37-ci turu çərçivəsində "Levante" "Barselona"nı qəbul edib

Bolgexeber.com Trend-ə istinadən bildirir ki, oyun ev sahibinin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Qollar: E.Boatenq (9-cu, 30-cu və 49-cu dəqiqələr), E.Bardhi (46-cı və 56-cı dəqiqələr), Koutinyo (38-ci, 59-cu və 64-cü dəqiqələr), L.Suarez (71-ci dəqiqə).

Beləliklə, "Barselona"nın İspaniya La Liqasında 36 oyunluq məğlubiyyətsiz seriyası bitib.

İspaniya La Liqası

XXXVII tur

12 may

"Real Sosyedad" - "Leqanes" - 3:2

Qollar: Oyarzabal, 18, Kanales, 25, Villian Xose, 78 - Riko, 26, Gerrero, 53

"Alaves" - "Atletik" - 3:1

Qollar: Quidetti, 43, El Haddadi, 60, İbai, 77 - Muniain, 78

"Deportivo" - "Vilyareal" - 2:4

Qollar: Borxa, 58, 88 - Kastillexo, 2, 45, Trigeros, 31, Çerışev, 90+2

"Eybar" - "Las Palmas" - 1:0

Qol: Çarles, 5

"Xetafe" - "Atletiko" - 0:1

Qol: Koke, 8

"Jirona" - "Valensiya" - 0:1

Qol: Vietto, 61

"Betis" - "Sevilya" - 2:2

Qollar: Bartra, 5, Loren, 81 - Ben Yedder, 57, Kyaer, 79

"Real" - "Selta" - 6:0

Qollar: Beyl, 13, 30, İsko, 32, Hakimi, 52, Qomez, 74 (avtoqol), Kroos, 81

13 may

"Espanyol" - "Malaqa" - 4:1

Qollar: Moreno, 8, Qarsia, 27, Baptistao, 30, Pyatti, 79-p. - Qonzales, 39-p.

"Levante" - "Barselona" - 5:4

Qollar: Boatenq, 9, 30, 49, Bardi, 46, 56 - Koutinyo, 38, 59, 64, Suares, 71-p.