BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda Ramazan ayının başlayacağı vaxt açıqlanıb

Azərbaycanda Ramazan ayının başlayacağı vaxt açıqlanıb

14-05-2018, 12:41
Oxunub: 1 768 Azərbaycanda Ramazan ayının başlayacağı vaxt açıqlanıbAzərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i may ayının 17-ə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-dır.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fitvası açıqlanacaq.