BolgeXeber.Com » Xəbərlər » II və III qruplar üzrə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq

II və III qruplar üzrə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq

14-05-2018, 17:19
Oxunub: 1 628 II və III qruplar üzrə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaqÖtən gün ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərsiniz

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər sual kitabçalarını əldə edə bilərlər.
İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “, “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.