loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanın daha bir ağırlıqqaldıranı 4 il müddətinə diskvalifikasiya olunub

Azərbaycanın daha bir ağırlıqqaldıranı 4 il müddətinə diskvalifikasiya olunubAzərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub

“Report”un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib və 2017-ci il noyabrın 24-dən qüvvəyə minib. 69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmindən istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) “Report”a verilən məlumata görə, Rüstəmov yarış və məşqdən kənar dövrdə Ümumdünya Antidopinq Agentliyi nümayəndələrinin həyata keçirdikləri dopinq-test zamanı “ilişib”. Onun cəzalanacağı çoxdan məlum olsa da, rəsmi qərar AAAF-a yenicə daxil olub.

Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib. 2016-cı ildə Kostova 10 iyun 2018-ci ilədək diskvalifikasiya edilib. 2015-ci ildə isə Azərbaycanın 6 ağırlıqqaldıranından 1-i 4 il, 5-i isə 8 il müddətinə cəzalandırılıb.
Bölmə: İdman | 15 may 2018 10:40 | Baxış sayı: 104





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: