BolgeXeber.Com » Xəbərlər » Şeyxülislam: "Azərbaycanda saxta molla problemi var"

Şeyxülislam: "Azərbaycanda saxta molla problemi var"

15-05-2018, 15:39
Oxunub: 2 200 Şeyxülislam: "Azərbaycanda saxta molla problemi var""Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir".

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən isə sabahdan artıq orucumu tutmağa başlayacam".

A.Paşazadə qeyd edib ki, din xadimlərinin iftara qədərki ehsan mərasimlərində iştirakı düzgün deyil:

"Bu Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edin. Yalançı mollalar da narahatedici məqamlardandır. Azərbaycanda saxta molla problemi var. Yalançı mollaların fəaliyyət göstərdiyini görürük. Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Dini mərasimlərin sırf mollalar tərəfindən aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir".