BolgeXeber.Com » İqtisadiyyat » Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir: yeni hərracın yekunları

Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir: yeni hərracın yekunları

15-05-2018, 15:41
Oxunub: 3 024 Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir: yeni hərracın yekunlarıƏmlak Məsələləri Dövlət Komitəsinin mayın 15-də keçirilən özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib

Hərracda ehtiyat hissələrinin satışını həyata keçirmək üçün mağaza özəlləşdirilib. Bərdə şəhərində yerləşən həmin obyektin ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın, torpaq sahəsi isə 70 kv.m-dən çoxdur.
Özəlləşmədə alıcısını tapan sərfəli əmlaklardan biri də 5 saylı avtomobillərə qazdoldurma stansiyasıdır. İnvestorlar Lənkəran şəhərində yerləşən həmin obyekti xidmət sahəsinə cəlb edə bilərlər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 80 kv.m-dən çox, torpaq sahəsi isə 8 min kv.m-ə yaxındır.
Kulinariya sahəsində fəaliyyət göstərən obyektlərin sırasına biri də daxil ola bilər. Söhbət “Azərbaycan xörəkləri” kafesindən gedir. Paytaxtın Binəqədi rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 220 kv.m-dən çox, torpaq sahəsi isə 450 kv.m-ə yaxındır.
Budəfəki hərracda da qeyri-yaşayış sahəsi biznes obyektinə çevrilir. Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinə gəlir gətirə bilər. Belə ki, mülkiyyətçi həmin obyekti həm kirayə verməklə, həm də ofisdaxili xidmət göstərməklə də yaxşı qazanc əldə edə bilər.
Bundan başqa Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi də xidmət sferasında sahibi üçün yararlıdır. Həmin obyektin ümumi faydalı sahəsi 40 kv.m-ə yaxındır.
Hərracda Daxili İşlər Nazirliyinin balansındakı avtomobilləri də sahibini tapıb. BMW və Fiat markalı həmin maşınların istehsal tarixi 2007-ci ildir.
Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.
Növbəti özəlləşdirmə hərracı isə mayın 22-də keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Qeyd edək ki, özəlləşdirmə hərracına qatılmaq olduqca sadədir. Bunun üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.
Bolgexeber.com