BolgeXeber.Com » Xəbərlər » “26-lar” abidəsini ziyarət edən sədr müavininə 10 il cəza istənildi

“26-lar” abidəsini ziyarət edən sədr müavininə 10 il cəza istənildi

16-05-2018, 14:43
Oxunub: 1 923 “26-lar” abidəsini ziyarət edən sədr müavininə 10 il cəza istənildi“Azərbaycan Karlar Cəmiyyəti”nin sədr müavini Musa Tukanov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror M.Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, M.Tukanov Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyır.

Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən M.Tukanov həbsindən əvvəl qalmaqalla gündəmə gəlmişdi. M.Tukanov “26 məzarı”nı ziyarət etmişdi.