BolgeXeber.Com » Xəbərlər » Qadınlara ərlərinin "xəyanət" yazışmalarını göndərib, onları yoldan çıxarırlar - Bakıda film kimi hadisə

Qadınlara ərlərinin "xəyanət" yazışmalarını göndərib, onları yoldan çıxarırlar - Bakıda film kimi hadisə

16-05-2018, 16:53
Oxunub: 2 242 Qadınlara ərlərinin "xəyanət" yazışmalarını göndərib, onları yoldan çıxarırlar - Bakıda film kimi hadisəAzərbaycanda sosial şəbəkələrdən tanışlıq üçün istifadə edən insanların sayı yetərincədir.

Ancaq çox təəsüf ki, bundan sui-istifadə edən insanlar da çoxdur.

Azxeber.com-a müraciət edən Bakı sakini Günel Bayramova (ad şərtidir) sosial şəbəkələrdə insanları aldadan şəxslərin olduğunu deyib.

Şikayətçi deyib ki, bəzi oğlanlar qız adına saxta profillər açaraq, kişilərlə tanış olurlar: "Bu hadisə mənim yaxın qohumumun başına gəlib. Bir nəfər qız ad və soyadında saxta profil açaraq, mənim kişi qohumuma yazıb və onunla "instagram"da tanış olub. Həmin adam da qızın xoş sözlərindən və xoş rəftarından ilhamlanaraq, ona eyni cür cavab verib və görüşmək istədiyini deyib. Bu yazışmalar bir neçə müddət davam edib və həmin saxta profil kişini tamamilə yoldan çıxarıb. Hətta ondan həyat yoldaşının nömrəsini və sosial şəbəkə hesablarını da soruşub. Kişi də həyat yoldaşını sevmədiyini, onunla xoşbəxt olmadığını bu "feyk" profilə deyib".

Şikayətçinin dediyinə görə, sonradan qız adlı həmin oğlanlar bu yazışmaları həmin adamın həyat yoldaşına göndəriblər: "Əsl müsibət bundan sonra başlayıb. Həmin o oğlanlar kişilərin həyat yoldaşlarına ərləri ilə olan yazışmaları göndərirlər və deyiblər ki, əriniz sizə xəyanət edir, bu da fakt. Qadınların bəziləri də ya ərlərindən acıq çıxmaq üçün, ya intiqam almaq üçün, ya da öz istəkləri ilə həmin oğlanlarla tanış olurlar və onlara görüşürlər".

Şikayətçi deyir ki, qohumu da məhz bu səbəbdən həyat yoldaşından ayrılıb: "Mənim qohumum da bu səbəbdən arvadından boşandı. Söhbət açılanda isə məlum oldu ki, onların hər ikisini eyni adam xəyanətə məruz qoyub".