BolgeXeber.Com » Siyasət » Dövlət başçısı: "Naxçıvanda on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilib"

Dövlət başçısı: "Naxçıvanda on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilib"

16-05-2018, 17:14
Oxunub: 3 300 Dövlət başçısı: "Naxçıvanda on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilib""Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib.

"On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir".