loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır

ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır17 may tarixində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.
Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçot Sistem, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş etdirilib. Təqdimatda torpaq idarəçiliyindəki belə unikal layihələrin istifadə qaydaları, üstünlükləri əks olunub. Qeyd edilib ki, Mərkəzdə dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri formalaşdırılır və inkişaf etdirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbirdə iştirak edən qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir. Əmlak Məsələləri Dövlət Komitəsi də aparılan islahatlara uyğun olaraq fəaliyyətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edir. Komitə tərəfindən görülən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin genişlənməsinə, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Ümumilikdə bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi də bu məqsədə xidmət edir.
Ölkə başçısının müvafiq fərmanına əsasən hazırda effektiv torpaq idarəçiliyi ilə bağlı Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi yaradılır. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
Torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulur. Bu sistem vasitəsi ilə həmçinin rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcəkdir.
İmzalanan memorandumun əhəmiyyətinə toxunan Komitə sədri Kərəm Həsənov vurğulayıb ki, sənəd iki tərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi rola malikdir. Qarşılıqlı əməkdaşlığın genişlənməsi və dərinləşməsi isə hər iki dövlət qurumunun qarşısına qoyulan vəzifə və tapşırıqların daha operativ və keyfiyyətlə icra olunmasına müsbət təsir edəcəkdir.
Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. Bildirib ki, bu əməkdaşlıq görülən işlərin səmərəliliyinin artmasına yönəlib. Qeyd edib ki, bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat bazası şəhərsalma nəzarətinin gücləndirilməsinə xidmət edəcək, şəhərlərin dayanıqlı inkişafının təmin olunmasına töhfə verəcək.
Sonda Kərəm Həsənov və Samir Nuriyev iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayıblar. İmzalanan sənədə görə hər iki qurumun fəaliyyət sahələri üzrə mövcud və gələcəkdə əldə olunacaq məlumatlar vahid formata uyğunlaşdırılacaq, dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiya ediləcək və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.
Bundan başqa memoranduma əsasən hər iki tərəf öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, şəhərsalma sahəsində infrastrukturun yaradılması və inkişafı istiqamətində birgə fəaliyyətə başlayır. Yerquruluşu, kadastr, geodeziya, şəhərsalma və arxitektura sahəsində beynəlxalq təcrübə araşdırılacaq, elmi-texniki nailiyyətlərin tətbiqi genişlənəcək.
Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin görülən işlər zamanı ixtisaslı kadrların cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağrışlara uyğun olaraq təhlili qeyd olunub. Artıq bu işlərin reallaşdırılması üçün işçi qrupu da yaradılır.
Bolgexeber.com
ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır
ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır
ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır
ƏƏMDK ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır
Bölmə: Xəbərlər | 17 may 2018 16:48 | Baxış sayı: 75





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: