BolgeXeber.Com » Xəbərlər » Prezident icra başçısını işdən çıxardı - YENİLƏNİB

Prezident icra başçısını işdən çıxardı - YENİLƏNİB

17-05-2018, 17:43
Oxunub: 2 199 Prezident icra başçısını işdən çıxardı - YENİLƏNİBPrezident İlham Əliyev Xaləddin İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2018-ci il.



15:51

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

Bolgexeber.com xəbər verir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb.

Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.

Yaxın saatlarda prezident İlham Əliyevin bununla bağlı sərəncamı dərc olunacaq.