BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Beynəlxalq Muzeylər günü münasibəti ilə tədbir keçirilib-FOTO

Hacıqabulda Beynəlxalq Muzeylər günü münasibəti ilə tədbir keçirilib-FOTO

18-05-2018, 16:58
Oxunub: 4 957 Hacıqabulda Beynəlxalq  Muzeylər günü münasibəti ilə tədbir keçirilib-FOTO18.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “18 may Beynəlxalq Muzeylər günüdür” adlı tədbir keçirildi

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, 18 may Beynəlxalq Muzeylər günü münasibəti ilə Azərbaycanın bütün muzeylərində olduğu kimi 18, 19 may tarixlərində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində də “Açıq Qapı” günü elan olunub.Həmçini çıxışında Mərkəzin yarandığı gündən bu günə kimi göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına qısa məlumat verdi. Sonra Muzeylər gününün tarixi barədə Heydər Əliyev Mərkəzinin bələdçisi Aytən Mustafazadə geniş məruzə ilə çıxış etdi. Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev də Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırdı. Tədbir gedərkən ekranda Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq muzeyində keçirilmiş tədbirlər slayd formasında göstərildi.
Bolgexeber.com