BolgeXeber.Com » Xəbərlər » Ayaqyolu istəyən müştərini “Unibank”da ələ saldılar -YENİLƏNİB(VİDEO)

Ayaqyolu istəyən müştərini “Unibank”da ələ saldılar -YENİLƏNİB(VİDEO)

19-05-2018, 14:37
Oxunub: 2 641 Ayaqyolu istəyən müştərini “Unibank”da ələ saldılar -YENİLƏNİB(VİDEO)Ayaqyolu istəyən müştərini “Unibank”da ələ salıblar.

Moderator.az xəbər verir ki, Tunay Əliyeva adlı sosial şəbəkə istifadəçisi öz “facebook” səhifəsində video paylaşaraq “Unibank”ın üçüncü mikrorayonda yerləşən ofisində növbə gözləyərkən özünü pis hiss edib və bank işçilərinə ayaqyoluna getmək istədiyini deyib. Müştərinin bu istəyi bank işçiləri tərəfindən ironiyayla qarşılanıb və hətta xanımın bu istəyinə cavab olaraq ona gülüblər. Bank işçiləri və mühafizə xidməti xanıma cavabında bildirib ki, bankda müştərilər üçün ayaqyolu nəzərdə tutulmayıb.

Sosial şəbəkə istifadəçiləri bankı buna görə qınayıblar.

Bolgexeber.com adı çəkilən videonu təqdim edir.