BolgeXeber.Com » Xəbərlər » Əhəd Abıyev Binəqədiyə icra başçısı gətirilir?

Əhəd Abıyev Binəqədiyə icra başçısı gətirilir?

21-05-2018, 16:48
Oxunub: 2 777 Əhəd Abıyev Binəqədiyə icra başçısı gətirilir?Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur.

Bolgexeber.comxəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb.

Bildirilir ki, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənmək mümkün olmayıb.

BakuPost-a daxil olan məlumata görə, Ə. Abıyev bu gün Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında olub.