BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib

Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib

21-05-2018, 16:59
Oxunub: 3 354 Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilibBərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib

Tədbirdə rayon gəcləri, ziyalılar və kitabxananın fəal oxucuları iştirak edib. Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il mayın 18-dən iyunun 18 dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil.

Çıxış edənlərdən Bərdə rayon 2 nömrəli şəhər kitabxana fililalının müdiri Xədicə Məmmədova qeyd edib ki, Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçib. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Biz təbliğat müəssisəsi olaraq əhali arasında dövlətimizin insan haqlarının müdafiəsinə həsr edilmiş qərar və göstərişlərin, qanunların təbliği məqsədilə tədbir hazırlayıb keçirir, maarifləndirilmə işi aparırıq.

Fəal oxucu Nəsibov Nihat, Əbdüləliyev Emin və digərləritədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, hər bir gənc öz hüququnu bilməli və hüquqlar qarasında borcunu yerinə yetirməlidir. O cümlədən vurğulanıb ki, - insan hüquqları insanın təbiətinə məxsus olan hüquqlardır və onlara hörmət olunması,riayət edilməsi və müdafiəsi dövlətin ən ali vəzifəsidir ki, bu işi də dövlətimiz həm milli, həm də beynəlxalq hüquqlara əsəslanaraq çox ciddi şəkildə həyata keçirir.

Tədbir iştirakçıları sonda kitabxanada təşkil olunmuş “Biz hüquqlarımızı bilirikmi?” adlı sərgi ilə tanış olublar.
Bolgexeber.com
Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib
Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib
Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib
Bərdədə “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib