BolgeXeber.Com » Dünya » Xurmadan sonra niyə bir stəkan su içməliyik? – SƏBƏB…

Xurmadan sonra niyə bir stəkan su içməliyik? – SƏBƏB…

22-05-2018, 16:03
Oxunub: 3 829 Xurmadan sonra niyə bir stəkan su içməliyik? – SƏBƏB…Şirniyyat yedikdən sonra hamımız dişlərimizin sağlamlığı üçün narahat oluruq

Ancaq Ramazan ayının baş tacı “xurma” üçün eyni şeyi demək mümkün deyil. Diş həkimləri Ramazan ayında süfrəmizdə daha çox yer alan xurma ilə bağlı bir çox məlumat veriblər.
Hər nə qədər dişlərimiz üçün sağlam qida olsa da hər gün qəbul edildikdən sonra dişlər fırçalamasa xurma da digər qidalar kimi diş çürüklərinə səbəb ola bilər. Xurma yedikdən sonra ağız su ilə çalxalanmalı, dişlər isə 30 dəqiqə fırçalanmalıdır.
Həkimlər xüsusilə də 3 yaşından kiçik uşaqlara xurma verilərkən diqqətli olmağı tövsiyə edərək xəbərdarlıq ediblər.
Xurma nə qədər sağlam qida olsa da ağız və diş sağlamlığına zərər yetirə bilər. Ona görə də diş həkimləri hər iftardan və imsakdan sonra 1 stəkan su içməyin vacib olduğunu bildirirlər.