BolgeXeber.Com » Media » Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
23-05-2018, 13:01
Oxunub: 4 168
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb
Report-un xəbərinə görə, o, mayın 22-də azadlığa çıxıb.
Xatırladaq ki, Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham olunub, lakin o, ittihamı qəbul etmədiyini söyləyir.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Ə.Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 1 azaldılıb.
2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilavad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə