BolgeXeber.Com » Siyasət » Ukrayna MDB-dən rəsmi olaraq çıxdı

Ukrayna MDB-dən rəsmi olaraq çıxdı

23-05-2018, 14:17
Oxunub: 3 081 Ukrayna MDB-dən rəsmi olaraq çıxdıUkrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması və bu qurumla imzalanan bütün müqavilə və sazişlərin qüvvədən düşməsi barədə fərman imzalayıb.

Avropa.info Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı P.Poroşenkonun №139/2018 saylı fərmanı dərc olunub.

Fərmanda Konstitusiyanın 107-ci maddəsinə əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2 may 2018-ci ildən etibarən “MDB çərçivəsində Ukrayna ilə bağlı imzalanan ayrı-ayrı beynəlxalq müqavilələrin fəaliyyəti dayandırılması qeyd olunub.

Qərarın icrası Milli təhlükəsilik və müdafiə şurasının katibi Aleksandr Turçinova həvalə olunub.

Qeyd edək ki, Poroşenko hələ mayın 20-də Ukrayna MDB çərçivəsində imzalanan və ölkəsinin milli maraqlarına xidmət etməyən müqavilə və sazişlərdən çıxacağını bəyan edib.