BolgeXeber.Com » İdman » Sumqayıtın “Uğur” komandası Region Liqasının qalibi olub - FOTO

Sumqayıtın “Uğur” komandası Region Liqasının qalibi olub - FOTO

23-05-2018, 14:22
Oxunub: 4 046 Sumqayıtın “Uğur” komandası Region Liqasının qalibi olub - FOTOAFFA-nın təşkil etdiyi Region Liqası başa çatıb

Bolgexeber.com-un məlumatına görə, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın “Uğur” və Mingəçevirin “Energetik” komandaları qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn “Uğur” 2017/2018-ci il mövsümünün qalibi olub. Üçüncü yeri isə “Füzuli” komandası tutub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.
Region Liqasının bombardiri 13 qolla Balamirzə Əsədullayev (“Şağan”) olub. “Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rehimov (“Füzuli”) ən yaxşı qapıçısı seçilib.
Sumqayıtın “Uğur” komandası Region Liqasının qalibi olub - FOTO