BolgeXeber.Com » Gündəm » Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

23-05-2018, 18:46
Oxunub: 3 490 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıbAzərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.