BolgeXeber.Com » Xəbərlər » Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı

Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı

24-05-2018, 16:56
Oxunub: 2 777 Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandıFövqəladə Hallar NazirliyiXəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb

Bolgexeber.com nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

16:00

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.
APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.