BolgeXeber.Com » Dünya » Ərdoğana "İlin ən yaxşı aktyoru" mükafatı verilib

Ərdoğana "İlin ən yaxşı aktyoru" mükafatı verilib

23-07-2010, 11:05
Oxunub: 6 312
Mükafatı verən qrup Konstitusiyaya ediləcək dəyişikliklərə də etirazını bildirib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana “İlin ən yaxşı aktyoru” mükafatı verilib. Mükafatı ali məktəb tələbələrindən ibarət “Öğrenci kollektivi” adlı qrup verib. Qeyd edək ki, qrup paytaxt Ankaranın Kızılay rayonundakı parklardan birində toplaşarak konstitusiyaya ediləcək dəyişikliklərə etirazını bildirib. Daha sonra mətbuat açıqlaması vermək istəyən qrupa polis izn verməyib. “Öğrenci kollektivi” adlı qrup isə hazırladığı mükafatı baş nazirə çatdırması üçün polislərə verib.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında çıxış edərkən 1980-ci il 12 sentyabr hərbi dövlət çevrilişi vaxtı edam edilənlərdən birinin ailəsinə yazdığı məktubu oxuyaraq ağlamışdı.