BolgeXeber.Com » Şou-Biznes » "Bakı gözəli 2018"də dava: qızlar saçyolduya çıxdı (VİDEO)

"Bakı gözəli 2018"də dava: qızlar saçyolduya çıxdı (VİDEO)

25-05-2018, 12:35
Oxunub: 6 019 "Bakı gözəli 2018"də dava: qızlar saçyolduya çıxdı (VİDEO)"Show Production"un təşkilatçılığı ilə baş tutan "Bakı gözəli 2018" gözəllik müsabiqəsinin final günü dava düşüb

Ötən həftə “Show Production”un təşkilatçılığı ilə keçirilən “Bakı gözəli- 2018” müsabiqəsində qalmaqal baş verib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, ikinci gözəl seçilən Lalə Aslanova tutduğu yerə etiraz edir.

O, seçimlərin düzgün həyata keçirilmədiyini, birincilik üçün müəyyən məbləğ ödədiyini iddia edib. O, bundan sonra tacını yerə ataraq təşkilatçılarla mübahisə edib.

Qeyd edək ki, gözəllik yarışmasının qalibi Zəhra İsayeva olub. Hətta o, instaqramda mövzu ilə bağlı açıqlama verib: “Bu da səviyyəsiz qadının mənim üzərimdən reklam qazanmaq istəyi… Təssüf ki, qalib yenə də mən oldum”.

Həmin görüntüləri təqdim edirik:

"Bakı gözəli 2018"də dava: qızlar saçyolduya çıxdı (VİDEO)