loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiyaDaxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.

Yayılan məlumatlara əsasən, S. Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.

Jurnalist Qənimət Zahid də özünün "facebook" səhifəsində bu barədə yazıb.

Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Bölmə: Xəbərlər | 25 may 2018 15:47 | Baxış sayı: 463





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: