loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Emin Ağalarov planlarını açıqladı, elə şeylər söylədi ki...

Emin Ağalarov planlarını açıqladı, elə şeylər söylədi ki..."Mahnını qoşa, məsləhətləşə bilərəm, lakin düşünürəm ki, özüm özümə qarşı ən ciddi hakiməm"

Tanınmış müğənni Emin Ağalarov Bakıda keçiriləcək "Jara-2018" beynəlxalq musiqi festivalı çərçivəsində Sputnik Azərbaycan-a eksklüziv müsahibə verib.

— Emin, hazırda sizin "Bumeranq–2018" musiqi turunuz davam edir. Bu tur digərlərindən nə ilə fərqlənir?

— Hər şeydən öncə şəhərlərin sayının çoxluğu ilə. Rusiyanın müxtəlif şəhərlərində 50-yə yaxın, həmçinin Qazaxıstan, Gürcüstan və digər ölkələrdə konsertlər keçiriləcək. "Bumeranq" proqramının özəlliyi ondan ibarətdir ki, bura mənim ən yaxşı mahnılarım, həmçinin yeni kompozisiyalarım daxildir. Mənə elə gəlir ki, onlar hərarətli və şən konsertlərdir və insanlar sevə-sevə konsertlərə gəlirlər. Xoşbəxtlikdən bütün şəhərlərdə konsertlərin böyük əksəriyyəti anşlaqla keçir. Bu olduqca xoşdur, çünki başqa cür də olur.

— Sizin konsertlərinizin böyük əksəriyyəti xeyriyyə xarakteri daşıyır…

— Bəli. Mən bunu pula görə etmirəm, ona görə də mənim konsertlərimin böyük əksəriyyəti xeyriyyə xarakteri daşıyır. Qastrollara getmək vaxt baxımından mənim üçün çətin olur. Çünki mən eyni zamanda biznesimlə məşğul olur, festivala hazırlaşır, radio və televiziyaya rəhbərlik edir və digər şeylərlə məşğul oluram. Sadəcə əgər musiqi dinləyicilərlə birləşirsə, onda qastrola getməmək axmaqlıq olardı.

Konsert zalı tam dolanda bu böyük xoşbəxtlikdir. Bu hər şəhərdə minlərlə insan anlamına gəlir. Bu hər bir müğənni üçün imtiyazdır. Burada bəxt amili də var. Çünki həyatın boyu səy göstərə bilərsən, amma heç nə alınmaya bilər. Mən qastrola getmək imkanının olduğuna görə sadəcə xoşbəxtəm. Bunun böyük əmək tələb etməsinə baxmayaraq mən bundan həzz alıram. Çünki sabahkı gün mən başqa şəhərdə çıxış etməli olduğumdan hər gecə qatar, avtobus və ya maşınla gedirəm. Adətən müğənnilər istirahət etmək və digər şəhərə getmək üçün konsertdən bir gün sonra işləməyə başlayırlar. Lakin mənim vaxtım olmadığından, mən hər gün işləyirəm. Mənim üçün bu iş deyil. Qastrol həyatı çox çətindir. Sən yalnız səhnədə iki saat olduğun vaxt xoşbəxtsən, digər vaxtlarda isə bu işgəncədir.

— Sizin incəsənətə xərclərinizi nəzərə alsaq, içinizdəki biznesmen və musiqi arasında qarşıdurma yaranmırmı? Maraqlar arasında qarşıdurma yoxdur?

— Ümumiyyətlə mən özümlə münaqişəyə girməməyə çalışıram, çünki əks halda mən heç bir nəticə əldə edə bilməyəcəyəm. "Jara" festivalını düşünürkən, mən televiziya, radio, musiqi mükafatı ilə məşğul olacağımı düşünmürdüm. Xeyli ideyalar var. Yayda "Jara" adlı içki istehsalına başlayacağıq, mövsümü ətir yaradacağıq, yəni hər mövsüm brend müğənninin özünün ətri olacaq. Bu yenilikdir və hesab edirəm ki, ideya tamamilə orijinaldır. Bu və ya digər müğənninin pərəstişkarları asanlıqla onun ətrini ala bilər. Mən həmçinin hər bir iştirakçının öz biznes planını təqdim etdiyi proqramda da iştirak etmişəm və onlardan biri birdəfəlik şarj cihazları yaratmağı təklif etdi. Biz hərarətin enerji verməsi ideyasının əsas götürərək onları "Jara" adı ilə yaratmağa qərar verdik.

— Siz hazırda ingilis dilli albomun yaradılması üzərində də işləyirsiniz. Bu yaxınlarda etiraf etdiniz ki, alboma prezident Donald Trampın adı çəkilən mahnı da daxil edəcəksiniz. Biz onu nə vaxt dinləyə biləcəyik?

— Danışmaq istəmirəm. Yaxında siz özünüz şahidi olacaqsınız. Bu sadəcə atəş olacaq.

— Hər dəfə sizin duet siyahınız yeni adlarla zənginləşir. Daha kimlə duet oxumağı planlaşdırırsınız?

— Hazırda mən prodüseri Viktor Drobışın olduğu mahnı üzərində işləyirəm. Mən bu mahnını müğənni Slava ilə ifa edəcəyəm. Mənə elə gəlir ki, bu yeni və gözlənilməz bir şey olacaq. Əgər mahnı üzərində işlər yekunlaşsa onda o festivalda təqdim olunacaq. Həmçinin bir sıra xarici müğənnilərlə də iş birliyimiz davam edir, ümid edirəm ki, bu işləri də "Jara"ya qədər yekunlaşdırım. Bu sizin üçün gözlənilməz – populyar, trenddə olan müğənnilər olacaq. O ifaları da mənim ingilis dilli albomumda dinləyə biləcəksiniz.

— Siz daha çox həmkarlarınıza duet oxumağı təklif edirsiniz, ya onlar sizə?

— Müxtəlif cür olur. Bu, öz özünə yaranır. Mən duetlər axtarmıram, ulduzlar da duet axtarmır. Hər şey tamamilə təsadüfi alınır. Düşünürəm ki, məhz buna görə duetlər belə uğurlu, parlaq alınır. Çünki biz onlar üçün xüsusi heç nə etmirik. Biz sözlə bu təbii prosesdir.

— Sizin ilk dinləyiciniz kimdir?

— Yəqin ki, yanımda olan və mənim nə üzərində işlədiyimi bilən insanlar – dostlarım, sevgilim. Mahnını qoşa, məsləhətləşə bilərəm, lakin düşünürəm ki, özüm özümə qarşı ən ciddi hakiməm. Mən həmişə nəyisə bəyənmirəm, nədənsə narazıyam. Mən işıq üzü görməyən xeyli sayda mahnı yazdırıram. Siz mənim üzərində işlədiyim 5 və ya 10 mahnıdan yalnız birini eşidirsiniz. Düşünürəm ki, efiri mahnılarla doldurmağın mənası yoxdur.

— Daha kimin tənqidi sizin üçün önəmlidir?

— Hesab edirəm ki, yalnız dinləyicilər dəyərləndirə və nəyin yaxşı və ya pis olduğunu deyə bilərlər. Hələlik mənim ciddi şəkildə səhv etdiyim bir hal olmayıb. Mənim repertuarımda bəzi mahnıların populyar olmadığını inkar etmirəm, lakin mən onlara görə utanmıram. Adətən, mən mahnını təqdim edəndə o dərhal populyar olur. Biz bunu "Youtube" baxışlarından görürük. Bir ay sonra mahnıya 10 və ya 15 milyon baxış olur. Kimsə ona baxır, dinləyir, kiminsə xoşuna gəlir, deməli mən öz seçimimi düzgün etmişəm. Həmişə öz intuisiyana güvənmək lazımdır.

— Son zamanlar sizi iştirak etdiyiniz verilişlər, konsertlərdə azərbaycanlı müğənni kimi təqdim edirlər. Bizlərə bunu eşitmək olduqca xoşdur.

— Mən bunu heç vaxt gizlətmirəm, əksinə azərbaycanlı olduğumu vurğulayıram. Bunu hər dəfə eşitmək mənim üçün xoşdur. "Jara" festivalı prinsipcə istənilən ölkədə keçirilə bilər, lakin o məhz Bakıda keçirilir. Çünki mən azərbaycanlıyam. İnanın mənə festivalı Moskvada keçirmək daha asan olardı, lakin mənim gücüm olduqca festival Azərbaycanda keçiriləcək. Biz hər dəfə festival günlərini artırmaq niyyətindəyik.

— Azərbaycanda öz televiziyanızı açmaq istəyiniz varmı?

— Mən "Jara" telekanalını Bakıya inteqrasiya etmək istəyirəm. Düşünürəm ki, bu kanal orada daha çox Azərbaycan klipləri, musiqisinin səslənməsi üçün Azərbaycanda olan prodakşnla fəaliyyət göstərə bilər. Eyni şey radioya da aiddir. Düşünürəm ki, "Jara" radiosu Azərbaycanda Azərbaycan dilində və azərbaycanlı aparıcıları ilə fəaliyyət göstərə bilərəm. Hesab edirəm ki, radiom həm Azərbaycan, həm rus, həm həm Avropa, həm Amerika musiqilərinin miksi ilə dinləyiciləri il boyu festivala hazırlayacaq.

Mən düşünürəm ki, bu xeyli sayda azərbaycanlı ifaçılara "Jara" festivalında iştirak etməyə və Rusiyanın Birinci kanalının efirinə çıxmağa imkan verəcək. Məndən həmişə niyə Azərbaycandan olan müğənnilərin festivalda bu qədər az olmasını soruşurlar. İzah edirəm. İnsan Birinci kanalı baxanda və televiziyada tanımadığı insanı görəndə televiziya onu göstərməkdə maraqlı olmur. Bu mənim festivala azərbaycanlıların tanımadığı Azərbaycan müğənnilərini gətirməyimə bənzəyərdi. Sizə də bu konsertə gəlmək maraqsız olardı. Bizim müğənnilərin təbliğatını aparmaq lazımdır və Azərbaycandan kənarda bunu etmək üçün onlar öz yaradıcılığının, repertuarının, prodakşının səviyyəsini qaldırmalı və türklərin etdiyi kimi beynəlxalq məhsul hazırlamalıdır. Məsələn, Türkiyənin ölkədən kənarda tanınan Tarkan, Rafet El-Roman kimi müğənniləri var. Bizim bunun üçün imkanlarımız var, lakin bunun üçün bizə media-resurslar lazımdır. Biz "Jara"nı Azərbaycana adaptasiya edə bilsək, radio və televiziyanı, həmçinin konsertlər, prodakşınlar və leyblları kompleks şəkildə işə sala bilsək düşünürəm ki, bizdə alınacaq. Lakin hələlik mən buna çatmamışam.

— "Gecə gözətçisi" ("Ночная смена") filmində ilk dəfə aktyor kimi debüt etdiniz. Özünüz razı qaldınızmı?

— Mən kliplərdə çəkilməyi sevmirəm – bu mənim üçün cansıxıcı prosesdir. Filmin prodüseri olduğumdan filmin rejissoru Maryus Vaysberq məni inandıra bildi. O, mənə dedi ki, biznes nöqteyi-nəzərindən epizodik rolda çəkilsəm, onda film böyük uğur əldə edəcək. Öz biznes layihəmin uğur qazanmasından imtina etmək axmaqlı olardı, ona görə də mən razılıq verdim. Aktyor kimi mən özüm özümə çox aşağı qiymət verə bilərəm, lakin bu komediya janrında filmdir, ona görə də düşünürəm ki, bu janrda mən nəsə alındıra bilmişəm.

— Filmin davamı olacaq?

— Baxarıq. Tamaşaçılar məni "Bir dəfə Hərarətdə" ("Однажды на Жаре") filmində həm prodüser, təşəbbüskar rolunda və bütün bunları düşünən insan kimi görəcəklər. Düşünürəm ki, hər şey alıanacaq.

— Növbəti il sizin 40 yaşınız olacaq. 2019-cu ildə "Jara" da yaradıcılıq gecəsi keçirməyi düşünürsünüzmü?

— Deyirlər, 40 yaşı qeyd etmirlər, lakin baxarıq. Festivalın təşkilatçılarından biri olmağıma baxmayaraq mən həmişə özümü bu layihənin qonaqlarından biri kimi hiss edirəm. Bu, həmçinin mənim televiziya və radioma da aiddir. Əgər mənim top mahnım yoxdursa, onda o sadəcə mənim sahibi olduğum üçün radiostansiyamda səslənməyəcək. Yayın axınını radionun pleylistinqdə səslənəcək populyar mahnılar müəyyənləşdirəcək. Bu bütün artistlərə aiddir. Əgər sizin populyar trekiniz yoxdursa, onda bağışlayın. Mən yalnız bu yanaşma ilə "Jara"dan dəbli, müasir, musiqili trend yarada bilərəm.
Bölmə: Müsahibə-Reportaj | 26 may 2018 11:58 | Baxış sayı: 572





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: