BolgeXeber.Com » Xəbərlər » Kosmetoloq Elnarə Rzayeva efirdə şikayətçini təhqir etdi, dava düşdü – VİDEO

Kosmetoloq Elnarə Rzayeva efirdə şikayətçini təhqir etdi, dava düşdü – VİDEO

26-05-2018, 13:47
Oxunub: 3 493 Kosmetoloq Elnarə Rzayeva efirdə şikayətçini təhqir etdi, dava düşdü – VİDEOGünlərdir müzakirələrə səbəb olan kosmetoloq Elnarə Rzayeva ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə dəvət edilib.

Minval.info xəbər verir ki, verilişə ondan şikayətçi olan xanım da gəlib. Reklam fasiləsi zamanı E.Rzayeva ondan narazı qalan xəstəsi haqqında ağır ifadələr işlədib, onun ailəsini alçaldıb.

O, ondan şikayətçi olan xanımın şəxsi həyatını gündəmə gətirib, evliliyini, uşaqlarını efirdə alçaldıb. Buna cavab olaraq isə qarşı tərəf ona hücum çəkib və kosmetoloqu itələyib. Özünün “instagram” hesabında onu tənqid edənləri təhqir edən kosmetoloq, efirdə olduğunu deyəsən unudub.

Qeyd edək ki, kosmetoloq haqqında şikayətlər bitmək bilmir. İddialara görə, Elnarə Rzayeva onlarla ona müraciət edən qadını aldadıb, onları həm maddi, həm də fiziki zərər vurub.

E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlətmişdi. Məhkəmə bu təhqirlərə görə, E.Rzayevanı 10 min manat cərimə edib. Bundan əlavə o, “instagram” hesabında təhqir etdiyi şəxslərdən üzr istəməli olacaq.