Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub – Foto
26-05-2018, 14:22
Oxunub: 2 170
Sosial şəbəkələrdə tanış olduğu qadınları barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edən şəxs saxlanılıb
Bolgexeber.com DİN-ə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib. Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da, məsuliyyətdən yayınmağa cəhd göstərib. Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.
A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib. Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.
Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər