loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ov mövsümü başladı – Nazirlik siyahını açıqladı

Ov mövsümü başladı – Nazirlik siyahını açıqladıEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümünü bu gündən açıq elan edib

Bolgexeber.com-un xəbərinə görə, Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
Ov obyekti olan vəhşi
heyvan və quş növü
Ovlanma müddəti
Adambaşına 1 dəfəlik norma
Dağıstan turu
26 may 2018-ci il –
13 oktyabr 2018-ci il
1 baş (3 nəfərdən
az olmayan qrup
ovçulara)
Qaban (Çöl donuzu)
15 sentyabr 2018-ci il –
22 dekabr 2018-ci il
1 baş (3 nəfərdən
az olmayan qrup
ovçulara)
Dovşan
17 noyabr 2018-ci il –
12 yanvar 2019-cu il
2 baş
Bataqlıq qunduzu (nutriya)
06 oktyabr 2018-ci il-
16 fevral 2019-cu il
(volyerlərdə saxlamaq
üçün)
Nutriya təsərrüfat-
ları olan təşkilatlar üçün
Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep
və çöl haçaquyruq cüllütü istisna olmaqla)
15 sentyabr 2018-ci il –
24 noyabr 2018-ci il
6 ədəd
Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)
13 oktyabr 2018-ci il –
16 mart 2019-cu il
1 ədəd
Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla)
13 oktyabr 2018-ci il –
16 mart 2019-cu il
4 ədəd
Qaşqaldaq
13 oktyabr 2018-ci il –
16 mart 2019-cu il
6 ədəd
Alabaxta və bildirçin
24 avqust 2018-ci il-
17 noyabr 2018-ci il
6 ədəd
Azərbaycan ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə var.
Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
– qaban (çöl donuzu) – Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;
– dağıstan turu – Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;
– dovşan – Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
– vəhşi quşlar – yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində.
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov qadağan edilib.
Bölmə: Sosial | 26 may 2018 14:26 | Baxış sayı: 592





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: