BolgeXeber.Com » İdman » Qurban Qurbanovun planı pozuldu: Almeyda yığmadan da kənarlaşdırıldı

Qurban Qurbanovun planı pozuldu: Almeyda yığmadan da kənarlaşdırıldı

26-05-2018, 17:24
Oxunub: 3 674 Qurban Qurbanovun planı pozuldu: Almeyda yığmadan da kənarlaşdırıldıBakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Almeyda "Qarabağ"ı da tərk edib. Onun İtaliyaya transfer olunacağı deyilir.