BolgeXeber.Com » Xəbərlər » Tərtərin Bəyimsarov kəndində növbəti səyyar-qəbul görüş oldu-FOTO

Tərtərin Bəyimsarov kəndində növbəti səyyar-qəbul görüş oldu-FOTO

26-05-2018, 17:28
Oxunub: 3 906 Tərtərin Bəyimsarov kəndində növbəti səyyar-qəbul görüş oldu-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Fermer Fazil Əliyev pay torpaqlarının şoranlaşması, Bəyimsarov kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin əsaslı təmiri, fermer Habil İbrahimov suvarmada olan çətinliklər, Hidayət Çobanov yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Qəbul-görüşdən sonra rayon rəhbəri kəndin kümçüləri ilə görüşərək, ipəkqurdlarının saxlanma şəraiti ilə tanış oldu və lazımi tövsiyyələrini verdi.
Bolgexeber.com