BolgeXeber.Com » Dünya » Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)

Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)

28-05-2018, 15:14
Oxunub: 2 590 Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)Fransada ötən həftə 4 mərtəbəli binanın balkonunda yıxılmaq təhlükəsi ilə üzləşən uşaq gənc tərəfindən xilas edilmişdi.

Bolgexeber.com Euronews-a istinadən xəbər verir ki, 22 yaşlı Mamudo Qassama adlı gənc videonun sosial şəbəkədə geniş yayılmasından sonra "Parisin hörümçək adamı" ləqəbini qazanıb. Bu gün prezident Emmanuel Makron Fransada qeyri-leqal yaşayan Qassama ilə görüşüb. Makron bildirib ki, gəncə Fransa vətəndaşlığı veriləcək və yanğınsöndürmə xidmətinə cəlb edilə bilər.

Anti-faşist fəaliyyəti ilə bilinən "SOS Racisme" təşkilatı hadisəyə münasibət bildirib: "Mamodu Qassama bizə qeyri-leqal immiqrantların da insan olduğunu, böyük cəsarətə sahib ola biləcəyini sübut etdi. Onlar bunu Avropaya təhlükəli səyahətlərində, həmçinin Avropada sübut etməyə davam edirlər".

Qeyd edək ki, ötən şənbə 4 yaşlı uşaq balkondan asılı qalaraq yıxılmaq təhlükəsi ilə üzləşmiş, Qassama həyatını təhlükəyə ataraq azyaşlını xilas etmişdi.