BolgeXeber.Com » Bölgə » Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO

Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO

28-05-2018, 19:16
Oxunub: 7 133 Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTOBərdə Regional Mədəniyyət İdarəsi ” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər təşkil edir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin hər yerində, o cümlədən müxtəlif idarə və təşkilatlarda silsilə tədbirlər təşkil edilir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən söz açılır. Bununla yanaşı AXC-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verməsi də diqqətə çatdırılır.

Sözü gedən tədbirlər Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir, Yevlax şəhər, o cümlədən Bərdə və Tərtər rayon nümayəndəliklərində geniş silsilə tədbirlərlə qeyd olunub və hələ də qeyd olunmaqdadır.

Regional İdarənin Bərdə rayon nümayəndəliyindəliyində də Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlər təşkil olunub.

Belə tədbirlərdən biri Bərdə rayon Heydər Əliyev Mərkəzində baş tutub. Azərbaycanın dövlət himninin ifası ilə başlanan tədbirdə çıxış edən mərkəzin direktoru Arifət Əhmədova çıxış edərək, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs etmiş, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu xüsusilə vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verib.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Kəmalə Rəfibəyli müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşdiyini bildirib. Lakin buna baxmayaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılıb və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Azərbaycanlı diplomat ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulanıb.

Sonda Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Bərdə Dövlət Rəsm Qalereyası bu əlamətdar günü açıq havada, qalereyanın qarşısında qeyd edib. Keçirilən tədbirdə şən nəğmələr səsləndirilərək sərgilərə baxış keçirilib. Açıq hava altında şəhər 4 nömrəli uşaq incəsənət məktəbin rəsm sinfinin şagirdlərinin Cümhuriyyətin 100 illiyi ilə bağlı çəkdiyi şəkillər isə tədbirə başqa bir zövq qatıb.



Daha sonra tədbirdə çıxışlar olunaraq xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən danışılıb.



Çıxış edənlərdən Regional İdarənin məsləhətçisi Validə Nabatova keçirilən silsilə tədbirlərdən söz açıb. O qeyd edib ki, : - “ Biz bu tədbirləri şərəf, qürur hissi ilə qeyd edirik çünki 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”.

Bir birindən maraqlı musiqi nömrələri ilə davam edən tədbir iştirakçılara musiqi dolu xoş anlar yaşadıb.

Təşkil edilən silsilə tədbirlər içərisində Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin xüsusi rolu vardır. Tədbirlərdə dövlətçilik tariximizdən söhbətlər açılaraq tarixi həqiqətlər bir daha yad edilib. Mərkəzin nəzdində fəaliyyət göstərən 2 və 3 nömrəli şəhər klubları, o cümlədən, Alpoud kənd Mədəniyət evi, Otuzikilər kənd Mədəniyyət evi, Qaraqoyunlu kənd Mədəniyyət evi, Saatlı kənd Mədəniyyət evi, Soğanverdilər kənd Mədəniyyət evi, Mehdixanlı kənd folklor evi, Mehdixanlı kənd folklor evi, Mehdixanlı kənd folklor klubu, Mollaəhmədli kənd klubu, Şirvanlı kənd folklor evi, Divanı kənd Xalq yaradıcılığı evi və digər klub müəssisələri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənəli şəkildə qeyd ediblər.


Bərdə rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər Mədəniyyət sarayı da bu əlamətdar günü böyük ruh yüksəkliyi ilə qeyd edib. ” Vətən mənə oğul desə nə dərdim “ adlı tədbiri giriş sözü ilə şəhər Mədəniyyət sarayının direktoru Natella Rəsulova açaraq əsası 1918- ci il may ayının 28- də qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətindən, Azərbaycan Respublikasının azadlığından və müstəqilliyindən danışıb

Sonra 28 May Respublika gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tabeliyində olan filiallarla birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib. Tədbirlər çərçivəsində dəyirmi masalar, disputlar, sərgilər və s. təşkil olunaraq Cümhuriyyət tarixindən söz açılıb, tarixi həqiqətlər, xalqımızın əzmkar mübarizəsi bir daha diqqətə çatdırılıb.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də Cümhuriyyətin 100 illiyini geniş silsilə tədbirlərlə qeyd edir.

Yevlax şəhər Heydər Əliyev Mərkəzi də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini maraqlı və rəngarəng tədbir proqramı ilə qeyd edib. Regional İdarənin əhatə etdiyi Yevlax, Mingəçevir şəhər, o cümlədən Bərdə və Tərtər rayonundan təşrif buyurmuş mədəniyyət işçilərinin iştirakı ilə baş tutan tədbir öncə Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb. Giriş sözü ilə çıxış edən mərkəzin direktoru Aygün Qasımova qonaqları salamlayıb və tədbiri açıq elan edib. Aygün xanım vurğulayıb ki, - “Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində həlledici rol oynayır. Bir xalqın, bir dövlətin yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1918-ci ilin 28 mayı məhz belə tarixlərdəndir. Həmin gün Azərbaycanın qəhrəman oğullarının səyi nəticəsində şərqdə ilk demokratik respublikanın təməli qoyuldu”.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Əhliyyət Əliyev Cümhuriyyətin yaranma tarixindən, onun ilklərə imza atmasından, müasir Azərbaycan Respublikasının formalaşmasındakı rolundan ətrafı bəhs edib. O, həmçinin, qeyd edib ki, ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə yenidən müstəqillik qazanan bugünkü Azərbaycan Respublikası ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və ölkə özünün çiçəklənmə mərhələlərini yaşayır.

Tədbir Yevlax şəhər 2 № -li Uşaq musiqi məktəbinin “Pöhrələr” ansamblının şagirdlərinin bir-birindən gözəl çıxışı ilə davam edib.

Yevlax şəhər Bəşir Səfəroğlu adına xalq Teatrında Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbi Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı rəngarəng konsert proqramı ilə çıxış edib. Rayon ictimaiyyəti, ziyalılar və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə zamanla xalqımızın azadlıq yolunda atdığı inamlı addımlardan, bütün çətinliklərə baxmayaraq əzmkar mübarizələrindən, həmçinin, Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılmasından söz açılıb. Tədbir musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

Yevlax rayon Malbinəsi kənd uşaq musiqi məktəbi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Malbinəsi kənd mədəniyyət evilə birlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Qalx ayağa Azərbaycan”adlı tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə Yevlax rayon Malbinəsi kənd uşaq musiqi məktəbinin direktoru Müşfiq Əliyev açaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra çıxış edənlərdən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Rafiq Məmmədov, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev, Malbinəsi kənd Mədəniyyət evinin direktoru Şərqiyyə İsmaylova Azərbaycan xalq Cumhuriyyətinin 100 illik yubleyinin ölkə səviyyəsində qeyd olunmasından, Azərbaycan xalqı üçün əsl bayrama çevrilməsindən və bu uğurlu missiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən danışıblar. Sonra vətənə, müstəqilliyə aid şeirlər, musiq nömrələri səsləndirilib və məktəbin fəal tələbələri Fəxri Fərmanlarla təltif olunub.

Yevlax rayon Aşağı Qarxun uşaq musiqi məktəbində də Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi geniş şəkildə qeyd olunub. Tədbirdə Xalq Cümhuriyyətinin naliyyətlərindən və bugünkü müstəqil Azərbaycanın uğurlu inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən soz açılıb. Tədbir musiqi məktəbinin hazırladığı kompozisiya və konsert proqramı ilə davam edib.

Xaldan kənd uşaq musiqi məktəbi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər yaradıcılıq evində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar konsert proqramı təşkil edib. Konsert öncə Müslüm Maqamayevin möhtəşəm “Azərbaycan” mahnısı sədaları altında başlanıb. Giriş sözü ilə çıxış edən məktəbin tədris hissə müdiri Elanə Nəcəfova Cümhuriyyətin fəaliyyəti dövründə baş verən hadisələrdən bəhs edib. O qeyd edib ki, “Cəmi 23 ay ömrü olmasına baxmayaraq Cumhuriyyətin təhsilin, mədəniyyətin, incənətin inkişafında mühüm rolu olub. Süquta uğramasına baxmayaraq illər sonra 1991-ci ildə Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı öz təsdiqini tapdı. Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi və ümumilli lider Heydər Əliyev müstəqilliyimizi qoruyub saxlamaqla yanaşı bu mühüm tarixi hadisələri bayram ənənəsinə çevirdi”.

Daha sonra məktəbin xalq çalğı ansamblının müşaiyyətilə konsert proqramına start verilib. Səsləndirilən bir-birindən şən musiqilər bayram tədbirinə daha da maraq qatıb.

Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialları olan Hacımahmudlu kənd Diyarşünaslıq klubu, Salahlı kənd Folklor evi, Tanrıqulular kənd Sənətkarlıq evi, Yəldili kənd mədəniyyət evi, Aran – 2 qəsəbə mədəniyyət evi, Nemətabad kənd Folklor evi, Aran 1 –qəsəbə mədəniyyət evi, Ərəbbəsrə kənd mədəniyyət evi, Balçılı kənd Folklor evi, Varvara kənd Folklor evi və digər klub müəssisələrində Cumhuriyyətinin 100 illik yubleyinə həsr edilmiş tədbirlər təşkil olunub. Tədbirlərdə Cümhuriyyətin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığı, bütün sahələrlə yanaşı mədəniyyət sahəsinin də inkişaf etdirildiyi diqqətə çatdırılıb. Tədbirlər konsert proqramları ilə davam etdirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyində də Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rayon Mədəniyyət Mərkəzi, MKS, Heydər Əliyev Mərkəzi, Uşaq musiqi məktəbi, Tarix- Diyarşünaslıq muzeyi və digər mədəniyyət müəssisələrində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzi tabeliyindəki klub müəssisələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyini “Bir kərə yüksələn Bayraq bir daha enməz” devizi altında sislilə tədbirlərlə qeyd edib. Bundan başqa mərkəz Tərtər rayon uşaq musiqi məktəbi ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti qarşısında konsert proqramları ilə çıxış edib.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub.

Sözü gedən tədbirlərdən biri Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində “Şərqin ilk Demokratik Respublikası” başlığı altında təşkil olunub. Tədbirdə çıxışlar olunaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edilib və bildirib ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Mingəçevir Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” başlığı altında sərgi təşkil olunub. Sərgi şəhər ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və davamlı olaraq izlənib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans təşkil olunub. Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk demokratik respublika olması, irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etməsi, bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunması, qadınlara kişilərlə bərabər seçki hüququ verməsindən söz açılıb.

M.P.Vaqif adına Mərkəzi Kitabxanada “Azərbaycan Xalq Cümhuriyyəti 100” başlıqda sərgi və “Şərqin ilk Demokratik Respublikası” mövzusunda konfrans təşkil edib. Sərgiyə baxış keçirildikdən sonra konfrans iştirakçılarının nitqləri dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, silsilə tədbirlər bu günlərdə Silahlı Qüvvələrimizin “N” nömrəli hərbi hissələrində mədəniyyət müəssisələri tərəfindən geniş şəkildə qeyd olunur.
Bolgexeber.com
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO
Bərdədə ”AXC-in 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO